Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Paşinyanın Aparatı Azərbaycana veriləcək əraziləri xəritədə göstərdi

Qazaxın 4 kəndi bu tarixə qədər Azərbaycana geri qaytarılacaq

Rusiya sülhməramlıları Qarabağı belə tərk edir - VİDEO

Küçəyə atılan professorun kirayə pulunu Heydər Əliyev Fondu ödəyəcək

Xankəndi şəhərinə DYP rəisi təyin edildi

Azərbaycan 4 kəndlə bərabər bu su anbarını da nəzarətə götürəcək

"Sədərək Yusif"lə sahibkar arasında 300 min manatlıq qalmaqal davam edir

"Çünki Rusiya, Türkiyə və İranı üz-üzə gətirəcək meydança indi məhz Azərbaycandır!" - Şərh

Xocalı soyqırımından 32 il ötür

Müharibədən sonra 13 kütləvi məzarlıq aşkar edilib

Sığortaçılar Assosiasiyası qazinin ipoteka borcunu silmir - ŞİKAYƏT

“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına YÜKSƏLDİ

Bu gün İrəvanda Paşinyan əleyhinə mitinq keçiriləcək

Məhv edilən 4 erməni hərbçini DSX-nin snayperləri vurubmuş

“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Əhaliyə keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən növbəti layihənin icrasına başlanılıb.

Xeberlent.az xəbər verir ki, “Koroğlu” metrostansiyasının cənub çıxışında nəqliyyat mübadilə məntəqəsinin yaradılması ilə bağlı AYNA tərəfindən layihə hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim olunub və müvafiq qaydada razılaşdırılıb.
 
Sərnişinlərin rahat gediş-gəlişinin təmin edilməsi üçün icrasına başlanılan layihəni zəruri edən bir neçə amil var. Aparılan təhlillər göstərir ki, hazırda Bakıətrafı kənd və qəsəbələrə getmək istəyən sərnişinlər “Koroğlu” metrostansiyasının şimal çıxışında yerləşən mövcud avtobus dayanacaq məntəqəsinə çatmaq üçün 5-8 dəqiqə vaxt sərf edir. Bu da sərnişinlər üçün əlavə vaxt itkisidir. Eyni zamanda metrostansiyanın qarşısında şəxsi maşınlarla sərnişin daşınır ki, bu da nəqliyyat sıxlığı yaradır.


Bütün bunları nəzərə alaraq, sərnişinlərin ictimai nəqliyyat növləri arasında rahat keçidinin təmin olunması məqsədilə ərazidə avtobus, metro, dəmiryolu stansiyası, taksi duracağı, ictimai və fərdi nəqliyyat qovşağını əlaqələndirəcək multimodal HUB-ın yaradılmasına başlanılıb.

Beləliklə, görüləcək işlər çərçivəsində:
 
-   metrostansiyasının cənub çıxışında (Milli Gimnastika Arenasının qarşısı) dəmiryolu stansiyasına yaxın 3 perronlu avtobus dayanacağı yaradılacaq;
-    minik avtomobilləri üçün “park and ride” tipli parklanma yerləri təşkil ediləcək;
-    taksi minik avtomobilləri üçün yolun hərəkət hissəsinə yaxın duracaq yaradılacaq;
-    elektrik mühərrikli avtobuslar üçün dolum məntəqələri quraşdırılacaq.

“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq