Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Paşinyanın Aparatı Azərbaycana veriləcək əraziləri xəritədə göstərdi

Qazaxın 4 kəndi bu tarixə qədər Azərbaycana geri qaytarılacaq

Rusiya sülhməramlıları Qarabağı belə tərk edir - VİDEO

Küçəyə atılan professorun kirayə pulunu Heydər Əliyev Fondu ödəyəcək

Xankəndi şəhərinə DYP rəisi təyin edildi

Azərbaycan 4 kəndlə bərabər bu su anbarını da nəzarətə götürəcək

"Sədərək Yusif"lə sahibkar arasında 300 min manatlıq qalmaqal davam edir

"Çünki Rusiya, Türkiyə və İranı üz-üzə gətirəcək meydança indi məhz Azərbaycandır!" - Şərh

Xocalı soyqırımından 32 il ötür

Müharibədən sonra 13 kütləvi məzarlıq aşkar edilib

Sığortaçılar Assosiasiyası qazinin ipoteka borcunu silmir - ŞİKAYƏT

“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına YÜKSƏLDİ

Bu gün İrəvanda Paşinyan əleyhinə mitinq keçiriləcək

Məhv edilən 4 erməni hərbçini DSX-nin snayperləri vurubmuş

XTQ-nin yaradılmasının 25-ci ildönümü münasibətilə təntənəli mərasim keçirildi - VİDEO

XTQ-nin yaradılmasının 25-ci ildönümü münasibətilə təntənəli mərasim keçirildi - VİDEO

Müdafiə Nazirliyinin rəhbərliyi aprelin 30-da Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 25-ci ildönümü münasibətilə "N" hərbi hissəsində keçirilən təntənəli mərasimdə iştirak edib.

Nazirlikdən Xeberlent.az-a verilən məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü və şəhidlərimizin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzülüb.

Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən hərbi hissənin ərazisində xatirə ağacları əkilib.

Sonra təlim meydanında xüsusi təyinatlıların istifadəsində olan müasir silah və texnikaya baxış keçirilib.

Nazirliyin rəhbər heyəti komanda müşahidə məntəqəsinə gələrək xüsusi təyinatlıların nümayiş dərslərini izləyib.

Daha sonra Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyət qarşısında çıxış edib. Xüsusi təyinatlıların Vətən müharibəsində və digər əməliyyatlarda göstərdiyi şücaət və qəhrəmanlıqların Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyi qeyd olunub.

Şəxsi heyətə gələcək xidmətlərində uğurlar arzulanıb.

XTQ komandanı tərəfindən müdafiə naziri general-polkovnik Zakir Həsənova və digər rəhbər heyətə XTQ-nin 25-ci ildönümünü tərənnüm edən xatirə nişanları təqdim edilib.

Tədbirin sonunda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya fəxri fərman, qiymətli hədiyyə və vaxtından əvvəl hərbi rütbələr təqdim olunub.