Çr16042014

Son yenilənmə05:09:47

BackÖLKƏ İÇİ ÖLKƏ XƏBƏRLƏRİ Mühüm İnam Kərimov: Könüllülər bu gün ASAN xidmətin xoş simasıdır

İnam Kərimov: Könüllülər bu gün ASAN xidmətin xoş simasıdır

  • PDF faylını al

Bu gün ASAN xidmətini könüllülərsiz təsəsvvür etmək mümkün deyil.

Könüllülər ASAN xidmət ailəsinin bir üzvü, tərkib hissəsi və xoş simasıdır.

XeberLent.az informasiya agentliyinin verdiyi məlumata görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov ASAN Könüllüləri Gənclər Təşkilatının I Qurultayında çıxışı zamanı deyib.

Onun qeyd etdiyinə görə, yarandığı qısa müddət ərzində ASAN xidmət uğurlu fəaliyyət göstərə bilib.

İ.Kərimov qeyd edib ki, ötən müddət ərzində artan xidmət mərkəzləri tərəfindən təxminən 860 min vətəndaşa xidmət göstərilib.

Onun sözlərinə görə, yaxın zamanlarda Gəncə şəhərində ASAN xidmət mərkəzinin yaradılması nəzərdə tutulur ki, bu xidmət vasitəsilə həm Gəncə, həm də Gəncə ətrafı rayonların 1 milyona yaxın sakininə xidmət göstəriləcək.

“Bu gün ASAN xidmətin başlıca missiyası vətəndaş məmnunluğunun təmin edilməsidir. Eyni zamanda, bu gün ASAN xidmətin bir devizi var: xalqa xidmət, yəni ASAN xidmət və xalqa xidmət vahid devizimizə çevrilib”.

İ.Kərimov qeyd edib ki, ASAN xidmətinin işinin fəaliyyətinin yaxşı təşkil edilməsində ona cəlb olunan könüllülərin böyük xidmətləri var.

“Biz yaxın zamanlarda könüllülərin daha çox və yaxından ASAN xidmətin işinə cəlb olunmasına nail olunmasına çalışacağıq. Çünki artıq könüllülərsiz ASAN xidmət ailəsini təsəvvür etmək mümkün deyil./gun.az/

Ruhin Vəliyev

XeberLent.az

Bu xəbəri paylaşın:

Powered by Web Agency

Şərh əlavə edin


Security code
Refresh