Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Paşinyanın Aparatı Azərbaycana veriləcək əraziləri xəritədə göstərdi

Qazaxın 4 kəndi bu tarixə qədər Azərbaycana geri qaytarılacaq

Rusiya sülhməramlıları Qarabağı belə tərk edir - VİDEO

Küçəyə atılan professorun kirayə pulunu Heydər Əliyev Fondu ödəyəcək

Xankəndi şəhərinə DYP rəisi təyin edildi

Azərbaycan 4 kəndlə bərabər bu su anbarını da nəzarətə götürəcək

"Sədərək Yusif"lə sahibkar arasında 300 min manatlıq qalmaqal davam edir

"Çünki Rusiya, Türkiyə və İranı üz-üzə gətirəcək meydança indi məhz Azərbaycandır!" - Şərh

Xocalı soyqırımından 32 il ötür

Müharibədən sonra 13 kütləvi məzarlıq aşkar edilib

Sığortaçılar Assosiasiyası qazinin ipoteka borcunu silmir - ŞİKAYƏT

“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına YÜKSƏLDİ

Bu gün İrəvanda Paşinyan əleyhinə mitinq keçiriləcək

Məhv edilən 4 erməni hərbçini DSX-nin snayperləri vurubmuş

50 ballıq intihar: Kimdir günahkar?

50 ballıq intihar: Kimdir günahkar?

Mandela deyirdi ki, cəmiyyəti dəyişmək elə də çətin deyil, çətini özünü dəyişməkdir 

 
Bilirəm, şablon səslənir: Lakin biz həmişə günahı başqalarında axtarırıq. 
 
Bu il ali məktəblərə keçid balı 200 oldu deyə, bir çox  insanlar şikayət edirlər ki, niyə keçid balı 150 olmadı. Hələ haqlı olduğunu göstərmək üçün \"ağıllı\" danışanlar da var. Bəziləri də lap \"vicdan\" söhbətinə kimi gedib çıxıblar. Sanki 200 bal abituriyentlər üçün vicdansızlıq oldu. Və bəzi gənclər bu \"vicdansızlığa\" tab gətirə bilməyib, intihar etdilər. Əslində intihar edən gəncləri kiminsə qınamağa nə haqqı var, nə hüququ. Çünki bir hadisə baş verirsə, o özlüyündən yaranmır. Mütləq şərait və imkanlar yaradılır. İntihar edən gənclərə şəraiti isə valideynləri, ətraf insanların təzyiqi yaradır. 
 
Bu il intihar edən abituriyentlərin valideynləri, yaxınları diplomun insan həyatından üstün olmadığını  bəlkə də anlayarlar. Başa düşürük, elə cəmiyyətdə yaşayırıq ki, savadı olmayıb, diplomu olan insana hörmət artıq olur. Amma övladı intihar həddinə çatdırmağa valideynin belə haqqı yoxdur. 
 
Bir çox insanlar intihar edən gənclərin günahını Təhsil Nazirliyində görürlər. Günahı kiminsə üstünə mütləq atmaq lazımdır. Qanımızda var, biz beləyik. Amma Mandela deyirdi ki, cəmiyyəti dəyişmək elə də çətin deyil,  çətini özünü dəyişməkdir.
 
\"Tələbə\" adını qazana bilmədiyinə görə intihar edən gənclərin günahı birmənalı olaraq, Təhsil Nazirliyində də deyil. Mütləq səbəbkar axtarmalıyıqsa, öncəliklə o cəmiyyətdir-ailəmizdir. Yazılmamış qanun kimidir: Orta məktəbdə yaxşı oxumalısan, məktəbi bitirməyinə 1-2  il qalmış repititor yanına getməlisən, ali məktəbə imtahan verəndə mütləq qazanmalısan. Əgər ümidləri doğrultmasan müəllimlərindən tutmuş valideynlərinə, qohumlarına qədər hamının gözündə  ən \"alçaq\" iş görmüş insan durumunda olacaqsan. Çünki sən göstərilən dəyərə naxələf çıxmısan. Lap elə bəzi müəllimlərdə deyirlər ki, \"Valideynləriniz əziyyət çəkib, sizə görə aylıq ödəyir\". Bir növ insana psixoloji təzyiq dəstəkdən öndə durur. 
 
Ali məktəbə qəbul ola bilməmək faciə deyil. Valideynlər ən çoxda \"Camaatın uşaqları\"nın valideyni ilə gizli rəqabətdə olurlar deyə, övladlarına basqı edirlər. Olduqca yersizdir bu. Valideyn övladına dəstək olsa, övlad bir o qədər özgüvənli olar. Ən əsası valideyn cəmiyyət üçün yaşayırsa və öz övladını gizli rəqabətinin qurbanı edirsə, deməli övladının intiharını belə səssiz qəbul etməyə məcburdur.
 
Bir tanışın atası repititora illərlə pul tökməyinə baxmayaraq oğlu universitetə girə bilməmişdi deyə, əsəbindən deyirdi ki: \"O qədər pul tökmüşəm, burnundan gəlsin. İndi gedər əsgərliyə. Qoy ağlı başına gəlsin\". Hətta hərbi xidməti övlad üçün \"cəza\" görən valideynlər də var. Öncə valideynləri maarrifləndirmək daha ciddi problem kimi görünür artıq...
 
Birdəki 200 bala görə kimisə vicdansızlıqda ittiham etməkdənsə, ən başdan başlamaq lazımdır. Məsələn, təhsil sistemimiz niyə bu səviyyədədir? Nəyə görə savadlı gənc axtaran dövlətimiz savadsızlığa yol açır? Gələcək gənclərin əlindədirsə, niyə gənclərin savadlanmasına ciddi yanaşmırlar? Ildə bir dərslik çıxarmaq təhsil səviyyəsinin yüksəkliyi deyil. Təhsil sistemində ciddi nəzarət formalaşsa,intihar edən gənclər də olmaz. Eyni zamanda \"50 bal\" söhbəti sağlam rəqabət və inkişaf üçün müzakirə olunar. Daha \"50 bala görə uşaqlar çöldə qaldı\" fikri formalaşmaz.../pia.az/
 
Gülşən ŞƏRİF
 
Xeberlent.az