Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Paşinyanın Aparatı Azərbaycana veriləcək əraziləri xəritədə göstərdi

Qazaxın 4 kəndi bu tarixə qədər Azərbaycana geri qaytarılacaq

Rusiya sülhməramlıları Qarabağı belə tərk edir - VİDEO

Küçəyə atılan professorun kirayə pulunu Heydər Əliyev Fondu ödəyəcək

Xankəndi şəhərinə DYP rəisi təyin edildi

Azərbaycan 4 kəndlə bərabər bu su anbarını da nəzarətə götürəcək

"Sədərək Yusif"lə sahibkar arasında 300 min manatlıq qalmaqal davam edir

"Çünki Rusiya, Türkiyə və İranı üz-üzə gətirəcək meydança indi məhz Azərbaycandır!" - Şərh

Xocalı soyqırımından 32 il ötür

Müharibədən sonra 13 kütləvi məzarlıq aşkar edilib

Sığortaçılar Assosiasiyası qazinin ipoteka borcunu silmir - ŞİKAYƏT

“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına YÜKSƏLDİ

Bu gün İrəvanda Paşinyan əleyhinə mitinq keçiriləcək

Məhv edilən 4 erməni hərbçini DSX-nin snayperləri vurubmuş

Avropa Parlamentinin komitə üzvü qurumun Azərbaycana qarşı qərəzli mövqeyini PİSLƏDİ

Avropa Parlamentinin komitə üzvü qurumun Azərbaycana qarşı qərəzli mövqeyini PİSLƏDİ

Aprelin 29-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa Parlamentinin Nəqliyyat və turizm komitəsinin üzvü Tomaş Piotr Porebanı qəbul edib.

Xeberlent.az xəbər verir ki, ilyarım əvvəl Azərbaycana birinci səfəri zamanı işğaldan azad olunmuş Şuşa şəhəri ilə tanışlığından bəhs edən qonaq, regionda cərəyan edən tendensiyalara və gələcək inkişaf perspektivlərinə toxunub, Azərbaycan və Ermənistan arasında delimitasiya üzrə danışıqların müsbət nəticələrindən məmnunluğunu ifadə edib.

Azərbaycanın mühüm iqtisadi-coğrafi mövqeyi barədə fikirlər söyləyən Tomaş Poreba ölkəmizin Avropa İttifaqı (Aİ) ilə əlaqələri barədə danışıb, Aİ-nin Cənubi Qafqaz regionun aparıcı ölkəsi olan Azərbaycanla bir çox sahələrdə, o cümlədən enerji, ətraf mühit, nəqliyyat və logistika kimi mühüm əhəmiyyətli seqmentlərdə əməkdaşlığının daha da dərinləşdirilməsinin vacibliyinə dair fikirlərini səsləndirilib.

Son dövrlərdə Avropa Parlamentinin ölkəmizə qarşı qərəzli və ikili standartları özündə ehtiva edən mövqeyini pisləyən qonaq, bu mövqeyi ədalətsiz və məntiqə sığmayan addım kimi dəyərləndirib. Ortaya çıxan məsələlərin təzyiq yolu ilə deyil, yalnız əməkdaşlıq və bərabərhüquqlu dialoq yolu ilə həll olunmasının əhəmyyətini qeyd edən Avropa Parlamentinin üzvü Azərbaycanın Aİ-nin etibarlı tərəfdaşı olduğunu, bu əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə komitənin üzvü Tural Gəncəliyev Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı faydalı əməkdaşlıqdan söz açıb, ölkəmizin qurumla nəqliyyat və logistika sahəsində də əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.