Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Paşinyanın Aparatı Azərbaycana veriləcək əraziləri xəritədə göstərdi

Qazaxın 4 kəndi bu tarixə qədər Azərbaycana geri qaytarılacaq

Rusiya sülhməramlıları Qarabağı belə tərk edir - VİDEO

Küçəyə atılan professorun kirayə pulunu Heydər Əliyev Fondu ödəyəcək

Xankəndi şəhərinə DYP rəisi təyin edildi

Azərbaycan 4 kəndlə bərabər bu su anbarını da nəzarətə götürəcək

"Sədərək Yusif"lə sahibkar arasında 300 min manatlıq qalmaqal davam edir

"Çünki Rusiya, Türkiyə və İranı üz-üzə gətirəcək meydança indi məhz Azərbaycandır!" - Şərh

Xocalı soyqırımından 32 il ötür

Müharibədən sonra 13 kütləvi məzarlıq aşkar edilib

Sığortaçılar Assosiasiyası qazinin ipoteka borcunu silmir - ŞİKAYƏT

“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına YÜKSƏLDİ

Bu gün İrəvanda Paşinyan əleyhinə mitinq keçiriləcək

Məhv edilən 4 erməni hərbçini DSX-nin snayperləri vurubmuş

Azad olunan torpaqlar üçün layihə: “Ağıllı kənd” nə deməkdir? – Ekspert

Azad olunan torpaqlar üçün layihə: “Ağıllı kənd” nə deməkdir? – Ekspert

"İşğaldan azad olunan torpaqlarda ciddi düşünülmüş bir konsepsiyanın həyata keçirilməsi üçün imkanlar var”.
 
Bunu açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Qarabağda həyata keçiriləcək "Ağıllı kənd” layihəsindən danışarkən deyib. Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsi üçün ümumi bir konsepsiya qurulmalıdır:

 
 
 
""Ağıllı kənd” layihəsinin konsepsiyası ondan ibarətdir ki, yaşayış massivlərində yaşayış üçün saxlanılan alt yapı bir-birini tamamlayır. Birincisi, alternativ enerjidən istifadə olunur. İkincisi, bütün xidmətlər onlayın qaydada keçirilir. Bunun üçün çox güclü internet xətləri lazımdır ki, bunlar bir-birini tamamlasın. Üçüncüsü, kənd təsərrüfatnda artıq əl əməyindən yox, daha çox yeni texnologiyalardan istifadə olunmalıdır. Məsələn, indi kənd təsərrüfatında dərmanlama dronlarla həyata keçirilir. İnsansız kompüterdən idarə edilən traktor və kombaynlardan istifadə olunur. Və bunlar bir mərkəzdən idarə olunur. Məsələn, bir kənddə 100 nəfər fermer var, onların hərəsinin ayrı-ayrı traktor almasına ehtiyac qalmır. Bir mərkəzdən idarə olunur. Bir- birinə dəstək göstəriləcək şəkildə həyata keçirilir. Bu kommunalardır. Məsələn, bu, İsraildə ən çox yayılmış idarəetmə formalarından biridir və çox böyük effekt verir. Və İsrailin təbii şəraitinin pis olmasına baxmayaraq, kənd təsərrüfatındakı məhsuldarlıq dünyada ən yüksək səviyyələrdən biridir. Çünki ağıllı texnologiyalardan istifadə edirlər. Suvarma sistemindən tutmuş torpağın əkilib-becərilməsinə, məhsulun toplanmasına kimi avtomatlaşdırılmış və bir məkrəzdən idarə olunan və bütün icma üzvlərinin birgə idarə etdiyi bir sistemdir. Bunu həyata keçirmək üçün alt yapıya ehtiyac olacaq. Elektrik və internet kəsintisiz olmalıdır, icmanın idarə olunmasında bələdiyyələrin gücü və səlahiyyəti artırılmalıdır”. 
 
Natiq Cəfərli bildirib ki, bu layihənin həyata keçirilməsində ən başlıca məsələlərdən biri də münasibətin dəyişməsidir:
 
"Bu, çox vacibdir. Bizdə kənd təsərrüfatı daha çox əl əməyinə əsaslanır və işçi qüvvəsi, yəni, iş yerlərinin yaradılması mərkəzi kimi baxırlar. Amma bu doğru yanaşma deyil”./qaynarinfo/