Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Paşinyanın Aparatı Azərbaycana veriləcək əraziləri xəritədə göstərdi

Qazaxın 4 kəndi bu tarixə qədər Azərbaycana geri qaytarılacaq

Rusiya sülhməramlıları Qarabağı belə tərk edir - VİDEO

Küçəyə atılan professorun kirayə pulunu Heydər Əliyev Fondu ödəyəcək

Xankəndi şəhərinə DYP rəisi təyin edildi

Azərbaycan 4 kəndlə bərabər bu su anbarını da nəzarətə götürəcək

"Sədərək Yusif"lə sahibkar arasında 300 min manatlıq qalmaqal davam edir

"Çünki Rusiya, Türkiyə və İranı üz-üzə gətirəcək meydança indi məhz Azərbaycandır!" - Şərh

Xocalı soyqırımından 32 il ötür

Müharibədən sonra 13 kütləvi məzarlıq aşkar edilib

Sığortaçılar Assosiasiyası qazinin ipoteka borcunu silmir - ŞİKAYƏT

“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına YÜKSƏLDİ

Bu gün İrəvanda Paşinyan əleyhinə mitinq keçiriləcək

Məhv edilən 4 erməni hərbçini DSX-nin snayperləri vurubmuş

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO

ABŞ Konqresi üzvlərinin ölkəmizə səfərə gəlmiş köməkçilərindən ibarət nümayəndə heyəti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub. 

Xeberlent.az xəbər verir ki, lomitənin sədr müavini Fuad Hüseynov qonaqlara qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasəti, bu kateqoriyadan olan insanların üzləşdikləri problemlər və onların həlli istiqamətində görülən tədbirlər, torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi ilə bağlı yaranmış vəziyyət, hazırda davam edən Böyük Qayıdış haqqında ətraflı məlumat verib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qaçqınlar və məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar.  Birinci vitse-prezident Mehriban xanım Əliyeva onların sosial, təhsil, səhiyyə, mədəniyyət məsələlərini daim diqqətə saxlayır, hər müraciətinə xüsusi həssaslıqla yanaşır.
Məcburi köçkünlərin mütləq əksəriyyətinin doğma yurda qayıtmaq, orada daimi məskunlaşmaq və işləmək, həmin yerlərin yenidən dirçəldilməsinə töhfə vermək istədiyi vurğulanıb. Böyük Qayıdışın ilkin nəticələri Şərqi Zəngəzurda və Qarabağda həyatın tezliklə canlanacağına inam yaradır.
Görüşə dəvət edilmiş bir qrup məcburi köçkünün didərginlik hekayələrini qonaqlar maraqla dinləyib, onlarla həmsöhbət olublar. Məcburi köçkünlər sülh və əmin-amanlıq şəraitində yaşamaq istədiklərini, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan hökumətinin həyata keçirdiyi bərpa-quruculuq işlərindən razı qaldıqlarını və doğma yurda köçəcəkləri günü səbirsizliklə gözlədiklərini bildiriblər, onların fikir və duyğularını amerikalı konqresmenlərə çatdırmağı xahiş ediblər.
ABŞ-dən gəlmiş nümayəndələr səmimi və maraqlı görüşün təşkilinə görə komitə rəhbərliyinə təşəkkür ediblər.

  • Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
  • Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO