Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Paşinyanın Aparatı Azərbaycana veriləcək əraziləri xəritədə göstərdi

Qazaxın 4 kəndi bu tarixə qədər Azərbaycana geri qaytarılacaq

Rusiya sülhməramlıları Qarabağı belə tərk edir - VİDEO

Küçəyə atılan professorun kirayə pulunu Heydər Əliyev Fondu ödəyəcək

Xankəndi şəhərinə DYP rəisi təyin edildi

Azərbaycan 4 kəndlə bərabər bu su anbarını da nəzarətə götürəcək

"Sədərək Yusif"lə sahibkar arasında 300 min manatlıq qalmaqal davam edir

"Çünki Rusiya, Türkiyə və İranı üz-üzə gətirəcək meydança indi məhz Azərbaycandır!" - Şərh

Xocalı soyqırımından 32 il ötür

Müharibədən sonra 13 kütləvi məzarlıq aşkar edilib

Sığortaçılar Assosiasiyası qazinin ipoteka borcunu silmir - ŞİKAYƏT

“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına YÜKSƏLDİ

Bu gün İrəvanda Paşinyan əleyhinə mitinq keçiriləcək

Məhv edilən 4 erməni hərbçini DSX-nin snayperləri vurubmuş

Gürcüstan DİN aksiya keçirmək istəyənlərə xəbərdarlıq etdi

Gürcüstan DİN aksiya keçirmək istəyənlərə xəbərdarlıq etdi

Gürcüstanın Daxili İşlər Nazirliyi ölkədə aksiya keçirmək istəyən insanlara sərt xəbərdarlıq edib. Bildirilir ki, polis qüvvələri mitinq iştirakçılarının zorakılıq hərəkətlərinin qarşısını qanun çərçivəsində alacaq. Bu zaman, Amerikanın və Avropanın qabaqcıl ölkələrində tətbiq edilən analoji sərt tədbirlər tətbiq olunacaq.

Xeberlent.az xəbər verir ki, bu barədə Gürcüstan DİN-də keçirilən brifinqdə Mərkəzi Kriminal Polis Departamentinin rəisi Teymuraz Kupatadze məlumat verib.

O, Avropanın qabaqcıl ölkələrində və ABŞ-da polisin toplantılar və nümayişlər zamanı izdihamı idarə etmək və lazım gəldikdə qanunla müəyyən edilmiş xüsusi vasitələrdən istifadə etmək üçün tətbiq etdiyi tədbirlər haqqında ictimaiyyətə məlumat verib.

Bildirib ki, Gürcüstan polisi toplantı və nümayişlər zamanı həmişə beynəlxalq standartlara uyğun hərəkət edir. “Daxili İşlər Nazirliyi tərəfindən hazırlanmış, toplantı və nümayişlərin idarə edilməsini tənzimləyən təlimatlar ATƏT/DTİHB-nin təlimatlarına tam uyğundur. Müvafiq olaraq, hüquq-mühafizə orqanlarının əməkdaşları beynəlxalq səviyyədə tanınmış standartlara uyğun xüsusi tədbirlər həyata keçirir, ardıcıl olaraq və baş verən hadisələrə cavab olaraq, son etiraz aksiyaları zamanı da polis eyni şəkildə hərəkət edib.

Mitinqin bütün iştirakçılarını və təşkilatçılarını xəbərdar edirik ki, polis mitinq iştirakçılarının zorakılıq hərəkətlərinin qarşısını qanuna uyğun almağa başlayacağı bir vaxtda, Amerika və Avropanın qabaqcıl ölkələrində qəbul edilən tədbirlər kimi sərt tədbirlər tətbiq olunacaq” - deyə, Teymuraz Kupatadze vurğulayıb.

Birifinqdə ABŞ və Avropanın bir sıra ölkələrində polisin nümayişçilərə qarşı tətbiq etdiyi zorakılıq və cəza tədbirləri nümayiş etdirilib.