Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Paşinyanın Aparatı Azərbaycana veriləcək əraziləri xəritədə göstərdi

Qazaxın 4 kəndi bu tarixə qədər Azərbaycana geri qaytarılacaq

Rusiya sülhməramlıları Qarabağı belə tərk edir - VİDEO

Küçəyə atılan professorun kirayə pulunu Heydər Əliyev Fondu ödəyəcək

Xankəndi şəhərinə DYP rəisi təyin edildi

Azərbaycan 4 kəndlə bərabər bu su anbarını da nəzarətə götürəcək

"Sədərək Yusif"lə sahibkar arasında 300 min manatlıq qalmaqal davam edir

"Çünki Rusiya, Türkiyə və İranı üz-üzə gətirəcək meydança indi məhz Azərbaycandır!" - Şərh

Xocalı soyqırımından 32 il ötür

Müharibədən sonra 13 kütləvi məzarlıq aşkar edilib

Sığortaçılar Assosiasiyası qazinin ipoteka borcunu silmir - ŞİKAYƏT

“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına YÜKSƏLDİ

Bu gün İrəvanda Paşinyan əleyhinə mitinq keçiriləcək

Məhv edilən 4 erməni hərbçini DSX-nin snayperləri vurubmuş

Kuklaçılar Lənkəranda

Kuklaçılar Lənkəranda

Azərbaycan Dövlət Kukla Teatrı "GİD CSR Consulting" şirkətinin təşkilatçılığı və "Baku Elektronics" şirkətinin dəstəyi ilə Lənkəran Dövlət Dram Teatrının səhnəsində repertuarlarındakı baxımlı səhnə nümunələrindən biri -  "Məlikməmməd" tamaşasını nümayiş etdirib.


Regionlarda uşaq və yeniyetmələrin teatra sevgi ruhunda formalaşması, onlarda teatra vərdişin formalaşması məqsədilə reallaşan aksiya tamaşaçıların ürəyincə olub.


Xalq nağılı əsasında yeni tərtibat və kukla texnikasında hazırlanan tamaşada canlı planda oyun ilə kiçik ölçülü kuklaların vəhdətinə çalışılıb.


Birhissəli uşaq tamaşasının səhnələşdirəni və quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyevdir.


Musiqi tərtibatlı tamaşada rolları Aygül Ağayeva, Elgün Həmidov, Elnur Xəlilov, İqbal Əliyev, Səbinə Məmmədova və b. Ifa ediblər.


Qəhrəmanlıq, cəsarət və dürüstlük aşılayan səhnə işi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.