Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Paşinyanın Aparatı Azərbaycana veriləcək əraziləri xəritədə göstərdi

Qazaxın 4 kəndi bu tarixə qədər Azərbaycana geri qaytarılacaq

Rusiya sülhməramlıları Qarabağı belə tərk edir - VİDEO

Küçəyə atılan professorun kirayə pulunu Heydər Əliyev Fondu ödəyəcək

Xankəndi şəhərinə DYP rəisi təyin edildi

Azərbaycan 4 kəndlə bərabər bu su anbarını da nəzarətə götürəcək

"Sədərək Yusif"lə sahibkar arasında 300 min manatlıq qalmaqal davam edir

"Çünki Rusiya, Türkiyə və İranı üz-üzə gətirəcək meydança indi məhz Azərbaycandır!" - Şərh

Xocalı soyqırımından 32 il ötür

Müharibədən sonra 13 kütləvi məzarlıq aşkar edilib

Sığortaçılar Assosiasiyası qazinin ipoteka borcunu silmir - ŞİKAYƏT

“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına YÜKSƏLDİ

Bu gün İrəvanda Paşinyan əleyhinə mitinq keçiriləcək

Məhv edilən 4 erməni hərbçini DSX-nin snayperləri vurubmuş

Sahibə Qafarova Rumen Radevlə görüşdü - FOTOLAR

Sahibə Qafarova Rumen Radevlə görüşdü - FOTOLAR

Milli Məclisin sədri Sahibə Qafarova mayın 8-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevlə görüşüb.

Xeberlent.az xəbər verir ki, Bolqarıstan Prezidenti əvvəlcə Milli Məclisin plenar iclas zalı ilə tanış olub. Sonra Milli Məclisdə Heydər Əliyev Muzeyinə baxan Bolqarıstan Prezidenti Rumen Radev Xatirə kitabını imzalayıb.

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidentinin səfərinin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfəsini verəcəyinə inamını ifadə edib.

Söhbət zamanı Azərbaycanın və Bolqarıstanın dost, strateji tərəfdaş ölkələr olduğu qeyd edilib. Münasibətlərimizin inkişafında həm ikitərəfli səviyyədə, həm də çoxsaylı yüksək səviyyəli səfərlərin və görüşlərin önəmi diqqətə çatdırılıb.

Bu gün ikitərəfli münasibətlərin daha da inkişafına təkan verəcək bir sıra mühüm sənədlərin imzalanmasının, bolqar iş adamlarının iştirakı ilə keçirilən biznes forumun əhəmiyyəti qeyd olunub.

Görüşdə iqtisadi əlaqələrin ikitərəfli münasibətlərin əsas komponentlərindən biri olduğu vurğulanıb. Qeyd edilib ki, ölkələrimiz arasında əməkdaşlığı daha da inkişaf etdirmək üçün kifayət qədər böyük potensial və çoxlu imkanlar var.

Bolqarıstan-Azərbaycan əməkdaşlığının Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini deyən R.Radev ölkəmizin Avropa təhlükəsizlik arxitekturasının etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunmasında vacib rolunu xüsusi vurğulayıb. O, “Həmrəylik halqası” layihəsinin reallaşmasında Azərbaycan mühüm rol oynadığını vurğulayıb.

Söhbət zamanı ənənəvi enerji resursları ilə yanaşı, Azərbaycanın bərpaolunan enerji istehsalı və ixrac potensialı nəzərə alınaraq, bu istiqamətdə də əməkdaşlığın daha da genişlənəcəyinə inam ifadə olunub.

Sahibə Qafarova Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri kimi parlamentlərimizin qarşılıqlı fəaliyyətinin əhəmiyyəti barədə fikirlərini bildirib, qanunverici orqanlarımız arasında münasibətlərin daha da dərinləşdirilməsi baxımından dostluq qruplarının birgə fəaliyyətinin önəmini vurğulayıb.

Görüşdə, həmçinin Azərbaycan ilə Bolqarıstan arasında humanitar əməkdaşlığın xüsusi məna və əhəmiyyət daşıdığı, son illər bu sahədə əlaqələrin uğurla inkişaf etdiyi bildirilib.

Söhbət zamanı Azərbaycanın COP29-a ev sahibliyi haqqında da fikir mübadiləsi aparılıb.

Ali qonaq ölkəmizin belə mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb, Bolqarıstanın COP29-un həyata keçirilməsində Azərbaycana yaxından dəstək göstərməyə hazır olduğunu bildirib.

Eyni zamanda, dövlətlərarası və parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • Sahibə Qafarova Rumen Radevlə görüşdü - FOTOLAR
  • Sahibə Qafarova Rumen Radevlə görüşdü - FOTOLAR
  • Sahibə Qafarova Rumen Radevlə görüşdü - FOTOLAR
  • Sahibə Qafarova Rumen Radevlə görüşdü - FOTOLAR