Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Paşinyanın Aparatı Azərbaycana veriləcək əraziləri xəritədə göstərdi

Qazaxın 4 kəndi bu tarixə qədər Azərbaycana geri qaytarılacaq

Rusiya sülhməramlıları Qarabağı belə tərk edir - VİDEO

Küçəyə atılan professorun kirayə pulunu Heydər Əliyev Fondu ödəyəcək

Xankəndi şəhərinə DYP rəisi təyin edildi

Azərbaycan 4 kəndlə bərabər bu su anbarını da nəzarətə götürəcək

"Sədərək Yusif"lə sahibkar arasında 300 min manatlıq qalmaqal davam edir

"Çünki Rusiya, Türkiyə və İranı üz-üzə gətirəcək meydança indi məhz Azərbaycandır!" - Şərh

Xocalı soyqırımından 32 il ötür

Müharibədən sonra 13 kütləvi məzarlıq aşkar edilib

Sığortaçılar Assosiasiyası qazinin ipoteka borcunu silmir - ŞİKAYƏT

“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına YÜKSƏLDİ

Bu gün İrəvanda Paşinyan əleyhinə mitinq keçiriləcək

Məhv edilən 4 erməni hərbçini DSX-nin snayperləri vurubmuş

Səfir Kukla teatrının qonağı olub - Fotolar

Səfir Kukla teatrının qonağı olub - Fotolar

Qardaş Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alim Bayel və ailə üzvləri teatrımızın qonağı olublar.
Onlar teatrımızın repertuarındakı maraqlı və baxımlı səhnə nümunələrimizdən Karlo Kollodinin “Pinokkionun sərgüzəştləri” tamaşasına baxıblar.
Nümayişdən sonra səhnə arxasına keçən səfir tamaşa və kollektiv haqqında təəssüratlarını bildirib. Səhnə əsərində maraqlı dekorasiya, xoş enerji ötürən rəng uyumu və musiqi həllinə münasibət bildirib, peşəkar və baxımlı aktyor oyunundan söz açıb.
Iki qardaş ölkə arasındakı dərin köklərə malik mədəniyyət əlaqələrinə, teatr sahəsində əməkdaşlığa da toxunan səfir ölkəsində keçirilən əksər teatr festivallarında azərbaycanlı sənət təmsilçilərinin daim iştirak etdiyini deyib və bundan məmnunluq ifadə edib.
Qazaxıstanda hazırda 9 dövlət kukla teatrının fəaliyyət göstərdiyini, Azərbaycanda kukla teatrı tarixinin daha qədim olduğunu xatırladan A. Bayel iki ölkə kuklaçılarının sistemli əməkdaşlığına nail olmaq, qarşılıqlı səfərlərin təşkili üçün səy göstərəcəyini də bildirib.
Xoş sözlərə görə kollektiv adından qonağa təşəkkürünü bildirən Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə bir neçə dəfə qardaş ölkədə təşkil olunan teatr festivallarında qatıldıqlarını və hər səfərin onların yaddaşında xoş xatirə kimi qaldığını vurğulayıb. Qonağa xatirə olaraq teatrın simvolu olan Cırtdan heykəlciyini bağışlayıb.