Baş Prokurorluq: Aksizsiz tütün məmulatlarının qaçaqmalçılığına qarşı genişmiqyaslı cinayət işi istintaq olunur

San-Fransisko nəhəng istehsalçılara qarşı məhkəmə iddiası qaldırıb

Baş Prokurorluq: Yasamal rayonunda yerləşən çoxmərtəbəli binada 3 nəfərin öldüyü yanğınla bağlı bir nəfər saxlanılıb

Baş prokuror Səudiyyə Ərəbistanı Krallığında işgüzar səfərdədir

Prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü münasibətilə tədbir keçirilib

Laçında bir dəqiqəlik sükut

Baş prokuror Özbəkistanda səfərdədir

Azərbaycan Respublikasının Baş prokuroru Sinqapurda işgüzar səfərdədir

Bu həftə üçtərəfli görüş ola bilər

Zəngəzur dəhlizindən son görüntülər - VİDEO

Aİ-dən Ermənistanla tərəfdaşlıq barədə açıqlama

Hərbi prokuror bayram günləri sərhədlərdə

Qətərə atılan 10 raketdən 9-u vurulub - VİDEO

Üç ildən sonra ilk dəfə kostyum geyindi

İsrail-İran müharibəsi nə qədər davam edəcək?

"Sədərək Yusif"lə sahibkar arasında 300 min manatlıq qalmaqal davam edir

"Sədərək" Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli ilə sahibkar Arazxan Nəcəfov arasında 300 min manatlıq qalmaqal davam edir. 

Qaynarinfo xəbər verir ki, Yusif Qədimbəyli və qardaşları - Yunis Qədimbəyli ilə Ənvər Qədimovu məhkəməyə verən Arazxan Nəcəfovun iddiası birinci məhkəmə instansiyası tərəfindən təmin edilməyib. Məlumat üçün deyək ki, işə Nəsimi Rayon Məhkəməsində baxılıb. 

Arazxan Nəcəfov qərardan apellyasiya şikayəti verib. Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Fuad Babayev iş üzrə hakim təyin edilib. 

Arazxan Nəcəfov "Sədərək" Ticarət Mərkəzində icarədar olub. O, sözügedən ticarət mərkəzində 20 il mağaza işlədib. Devalvasiya zamanı onun biznesində problemlər yaranmağa başlayıb. Arazxan Nəcəfovun "Sədərək" Ticarət Mərkəzinin rəhbərliyinə 30 min manat borcu yaranıb. 

Sahibkar mediada açıqlamasında deyib ki, Yusif Qədimbəylinin adamları bundan istifadə edərək onun mağazasını qapadıb. Mağazada 300 min manat dəyərində olan malı isə ələ keçiriblər. 

Arazxan Nəcəfov malları geri istəsə də, qarşı tərəf qaytarmaqdan imtina edib. Onun məsələni ictimailəşdirməsi də nəticə verəməyib. Çarəsiz qalam sahibkar məhkəməyə üz tutub.