Baş prokuror Səudiyyə Ərəbistanı Krallığında işgüzar səfərdədir

Prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü münasibətilə tədbir keçirilib

Laçında bir dəqiqəlik sükut

Baş prokuror Özbəkistanda səfərdədir

Azərbaycan Respublikasının Baş prokuroru Sinqapurda işgüzar səfərdədir

Bu həftə üçtərəfli görüş ola bilər

Zəngəzur dəhlizindən son görüntülər - VİDEO

Aİ-dən Ermənistanla tərəfdaşlıq barədə açıqlama

Hərbi prokuror bayram günləri sərhədlərdə

Qətərə atılan 10 raketdən 9-u vurulub - VİDEO

Üç ildən sonra ilk dəfə kostyum geyindi

İsrail-İran müharibəsi nə qədər davam edəcək?

İsrail İranın atdığı raket və PUA-ların sayını açıqladı

"Crocus"da terror törədənlər daha bir partlayış planlaşdırıblar

Hörmüz boğazının bağlanması böhran yaradacaq - Siyarto

1000-ə yaxın soydaşımızın iştirakı ilə videokonfrans keçirildi

1000-ə yaxın soydaşımızın iştirakı ilə videokonfrans keçirildi

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 85 ölkədən 1000-ə yaxın soydaşımızın iştirak etdiyi videokonfrans təşkil olunub. 2024-cü ilin yekunlarına həsr olunan videokonfransda xaricdəki Azərbaycan Evlərinin,Koordinasiya Şuralarının, həftəsonu məktəblərinin nümayəndələri, dünyanın nüfuzlu ali məktəblərinin, elmi mərkəzlərinin azərbaycanlı alim və professorları, müxtəlif sahələri təmsil edən nüfuzlu şəxslər, mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Xeberlent.az xəbər verir ki, giriş sözü ilə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad MuradovAzərbaycan dövlətinin diaspor siyasəti, 2024-cü ildə həyata keçirilən layihələrbarədə məlumat verib, diaspor quruculuğunun uğurla davam edən yeni və mühümmərhələsindən danışıb, bu sahəyə töhfələr verən soydaşlarımıza təşəkkür edib. Bildirilib ki, bu gün dünya azərbaycanlıları bir yumruq kimi birləşib, ölkəmizin nüfuzunun daha da artırılması üçün mühüm addımlar atır, hər zaman Azərbaycanın yanında olduqlarını və dövlət başçısının siyasətini dəstəklədiklərini bəyan edirlər. Komitə sədri qeyd edib ki, bu gün ölkəmizi dünyada layiqincə təmsil edən yüzlərlə soydaşımızın biryerdə olması onların hər zaman dövlətimizin yanında olmalarınıngöstəricisidir və bu, güclü Azərbaycanın güclü diasporunun formalaşdığının ən bariz nümunəsidir. 

Komitənin və Azərbaycan diasporunun illik fəaliyyətinə dair qısa videohesabatın təqdimatından sonra ilin yekunları ilə bağlı geniş və maraqlı fikir mübadiləsi aparılıb, nəticələr təhlil olunub.

Ötən il diaspor quruculuğu sahəsində qazanılan saysız uğurlardan danışan soydaşlarımız birlik və bərabərliyin təmin olunmasını, diasporun inkişafı ilə bağlı çevik mexanizmlərin yaradılması yolunda görülən işləri, həyata keçirilən layihələri təqdir edib, diaspora çoxistiqamətli yanaşmaların perspektivləri ilə bağlı təkliflərini səsləndiriblər. 

Çıxış edənlər milli maraqlarımızın beynəlxalq aləmə çatdırılması sahəsində ildən-ilə daha sistemli yanaşmanın formalaşdığına diqqət çəkiblər.Belə geniştərkiblikonfransın təşkil olunmasının icmalararası münasibətlərin inkişafına təkanverdiyini nəzərə çatdırıblar.Ənənə halını alan videokonfransı diaspora müasir konseptual yanaşmanı formalaşdıran güclü siyasi platforma kimi qiymətləndiriblər.

Konfrans boyu xarici ölkələrdə yaşayan azərbaycanlı musiqiçilərin ifaları səslənib,icma üzvlərinin, Azərbaycan Evlərinin və həftəsonu məktəblərinin kollektivlərinin hazırladığı videomateriallar nümayiş olunub. Hər bir ifa, hər bir videomaterial iştirakçıların zövqünü oxşayıb və sürəkli alqışlarla qarşılanıb. 

Videokonfransda Azərbaycan diasporunun fəaliyyətinə mühüm töhfələr verən birqrup soydaşımız “Diaspor fəaliyyətində xidmətə görə” AR medalı ilə təltif olunub.

Konfrans iştirakçıları Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dünya azərbaycanlılarına göstərdikləri həssas münasibət və qayğıya görə minnətdarlıqlarını bildirib, hər zaman Azərbaycanın sevincinə sevinib, kədərinə şərik olacaqlarını bəyan ediblər.

Videokonfrans icma üzvlərinin suallarının cavablandırılması ilə yekunlaşıb.