

3x3 basketbol millimiz “Paris-2024”ə vəsiqə qazandı
Aprelin 14-də Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan turnirdə final qarşılaşmasına çıxıb.
Xeberlent.az xəbər verir ki, yığmamız Honkonqda təşkil olunan yarışın həlledici mərhələsində Polşa seçməsi ilə üz-üzə gəlib.
Əlavə vaxta rəqibinə 18:17 hesabı ilə qalib gələn komandamız “Paris-2024”ə vəsiqə qazanıb.

