GÜRCÜSTAN VƏ HİNDİSTAN: DÜŞÜNDÜRÜCÜ FAKTLAR
Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” kitabından
Azərbaycan dövləti və xalqı həmişə qonşu dövlətlərlə və xalqlarla mehriban dostluq münasibətləri saxlamağa çalışır. Azərbaycan dünyanın dini və etnik cəhətdən ən tolerant ölkələrindən biridir. Lakin təəssüflər olsun ki, qonşu dövlətlərin bəzi millətçi və şovinist dairələri, necə deyərlər, “suyu bulandırmaq” niyyəti ilə millətlər arasında düşmənçilik və nifaq toxumları səpir, tarixi ərazilərimizə iddialar irəli sürür, Azərbaycan xalqının bu torpaqlara Altaydan gəlməsi barədə uydurma nəzəriyyəni təbliğ edirlər. Həmin məsələlərin üzərində dayanmadan “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindən götürdüyümüz bəzi məlumatları hörmətli oxucunun diqqətinə çatdırırıq:
Gürcüstanın 54 şəhərindən 27-nin adının tam eynisi və ya çox bənzəri Hindistanda mövcuddur. Bu, hay toponimləri ilə bağlı paralellərdən sonra Qafqazda ən yüksək göstəricilərdəndir. Yeri gəlmişkən, 1918-ci ildə əzəli Azərbaycan torpaqlarında yaradılmış Ermənistan Respublikasında mövcud olan Azərbaycan toponimlərinin yerinə gətirilmiş hay yer adlarının Hindistandakı və digər ölkələrdəki paralelləri daha çoxdur.
Əlbəttə, Gürcüstanla bağlı paralellərdən bəziləri sırf təsadüflərin, Hindistan və Gürcüstan toponimlərinin ingilis dilində düzgün yazılmamasının, eləcə də digər amillərin nəticəsində ortaya çıxa bilər.
Araşdırma Gürcüstanın yalnız şəhər statuslu yaşayış məntəqələrinin adları üzrə aparılmış, lakin təsadüfən nəzərə düşmüş kənd və çay adlarından bir neçəsinin də bənzəri təsbit olunmuşdur. Əks təqdirdə, sözsüz ki, daha çox paralel aşkarlanardı.
Həmçinin, qeyd etmək lazımdır ki, “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərində “gürcülər Qafqaza Hindistandan, yaxud digər ölkələrdən köç etmişlər” fikrini ifadə edən bir cümlə yoxdur. Orada sadalanmış faktların möcudluğunu, onların həqiqiliyini isə oxucu özü yoxlaya bilər. Bu tədqiqat həm də onu göstərir ki, “hansısa xalqlar Qafqazın ən qədim və ən köklü xalqlarıdır” fikri sovet “tarixşünaslığı” tərəfindən kifayət qədər dərin araşdırmalar aparılmadan irəli sürülmüşdür. Belə məsələlərdə son sözü, şübhəsiz ki, yalnız elm deyə bilər.
1. Abaşa (Gürcüstanda şəhər və çay) – Abash (Hindistanın Qərbi Benqal ştatının Medinipur dairəsində kənd) – Abasa (Maharaştra ştatının Nashik dairəsində kənd);
2. Acar, achar (Gürcüstanda xalq) – Ajhar, Achar, Nagli Ajar Salempur (Hindistanın Uttar-Pradeş ştatının Lucknow, Mau və Meerut dairələrində üç kənd) – Acharkund, Acharpura (Madhya-Pradeş ştatının Chhindwara və Bhopal dairələrində iki kənd) – Achar Palya (Karnataka ştatının Tumkur dairəsində kənd) – Ajar Bari, Ajar Guri (Assam ştatının Nagaon və Sibsagar dairələrində iki kənd) – Ajar (Bihar ştatının Saharsa dairəsində kənd) – Ajarpura (Qucarat ştatının Anand dairəsində kənd) – Ajar (Cammu və Kəşmir ştatının Bandipora dairəsində kənd);
3. Axalkalaki (Gürcüstanda şəhər) – Akhal (Hindistanın Cammu və Kəşmir ştatının Kulgam, Srinagar, Pulwama dairələrində üç kənd) – Kalaki Gamri (Haryana ştatının Kaithal dairəsində kənd);
4. Areş (Gürcüstanda çay) – Aresh (Hindistanla həmsərhəd olan Nepalın Rolpa dairəsində kənd);
5. Artana (Gürcüstanın Telavi rayonunda kənd) – Artana (Hindistanın Uttar-Pradeş ştatının Sitapur dairəsində kənd) – Artana (Odişa ştatının Gajapati dairəsində kənd);
6. Baqdati (Gürcüstanda şəhər) – Bagdadi (Hindistanın Qərbi Benqal ştatının Puruliya dairəsində kənd) – Bagdodhi Bangar (Uttar-Pradeş ştatının Kanpur Nagar dairəsində kənd);
7. Batumi, Batum (Gürcüstanda şəhər) – Batum (Hindistanın Arunachal-Pradeş ştatının Subansiri dairəsində kənd);
8. Çiatura (Gürcüstanda şəhər) – Chatura (Hindistanın Bihar ştatının Banka dairəsində kənd) – Chatura Pur, Chatura Bhiti (Uttar-Pradeş ştatının Ghazipur və Gonda dairələrində iki kənd) – Guda Chatura (Racastan ştatının Pali dairəsində kənd) – Tana Chatura (Uttarakhand ştatının Almora dairəsində kənd);
9. Xaşuri (Gürcüstanda şəhər) – Khashuri, Xaşuri (Hindistanın Jharkhand ştatının Dhanbad dairəsində kənd);
10. Xobi (Gürcüstanda şəhər və çay) – Khobi, Xobi (Hindistanın Madhya-Pradeş ştatının Narsimhapur və Raisen dairələrində iki kənd);
11. Xoni (Gürcüstanda şəhər) – Khoni, Xoni (Hindistanın Maharaştra ştatının Thane dairəsində şəhər);
12. İnquri, Enguri (Gürcüstanda çay) – İnguri (Hindistanın Madhya-Pradeş ştatının Bhind dairəsində kənd) – İnguri, İnguri Sarai (Uttar-Pradeş ştatının Auraliya, Jalaun və Deoria dairələrində üç kənd) – Anguri (Uttar-Pradeş ştatının Rae Bareli və Kanput Dehat dairələrində üç kənd);
13. İveriya (Gürcüstanda qədim dövlətin adı, ekzonimi) – İverkala (Hindistanın Kerala ştatının Kollam dairəsində kənd);
14. Jvari (Gürcüstanda şəhər) – Jivari (Hindistanın Chhattisgarh ştatının Raigarh dairəsində kənd) – Jawari (Uttarakhand ştatının Rudraprayag dairəsində kənd) – Jawari (Maharaştra ştatının Gondia dairəsində kənd) – Jawari (Himachal-Pradeş ştatının Chamba dairəsində kənd) – jwari (taxıllar fəsiləsindən olan bitkinin Hindistanın marathi dilindəki adı);
15. Kareli (Gürcüstanda şəhər) – Kareli (Hindistanın Qucarat ştatının Bharuch, Narmada, Banas Kantha və Surat dairələrində dörd kənd) – Kareli (Madhya-Pradeş ştatının Narsimhapur dairəsində şəhər) – Kareli (Racastan ştatının Udaipur və Sirohi dairələrində iki kənd) – Kareli (Uttar-Pradeş ştatının Bareilly dairəsində kənd);
16. Kvareli (Gürcüstanda şəhər) – Kureli (Hindistanın Chhattisgarh ştatının Bilaspur dairəsində kənd) – Kureli (Racastan ştatının Alwar dairəsində kənd) – Kureli (Uttar-Pradeş ştatının Farrukhabad dairəsində kənd) – Kureli (Nepalın Rolpa dairəsində kənd) – Kareli toponiminə də bax;
17. Kaspi (Gürcüstanda şəhər) – Kaspi (Hindistanın Arunachal-Pradeş ştatının Qərbi Kameng dairəsində kənd) – Kasbi (Madhya-Pradeş ştatının Neeuch və Jhabua dairələrində iki kənd) – Kasbi Nagar (Uttarakhand ştatının Talwari dairəsində kənd);
18. Kobi (Gürcüstanda osetin kəndi) – Kobi (Hindistanın Uttar-Pradeş ştatının Raebarelli və Jaunpur dairələrində iki kənd);
19. Kutaisi (Gürcüstanda şəhər, keçmiş adları Kutaia, Aia) – Kutasi (Hindistanın Jharkhand ştatının Gumla dairəsində kənd) – Kutai (Madhya-Pradeş ştatının Satna dairəsində kənd) – Aya (Qucarat ştatının Surendranagar dairəsində kənd) – Aya Nagar (Delhi ştatının Cənub dairəsində kənd);
20. Qaqra (Gürcüstanda şəhər) – Gagra (Hindistanın Pəncab ştatının Ludhiana və Moga dairələrində iki kənd) – Gagra (Qərbi Benqal ştatının Maldah və Puruliya dairələrində iki kənd) – Gagra Char (Qərbi Benqal ştatının Purba Medinipur dairəsində kənd) – Gagra (Chhattisgarh ştatının Dhamtari dairəsində kənd);
21. Qori (Gürcüstanda şəhər) – Gori (Hindistanın Bihar ştatının Rohtas dairəsində kənd) – Gori Pora (Cammu və Kəşmir ştatının Pulwama dairəsində kənd) – Gori Ganga (Uttarakhand ştatının Pithoragarh dairəsində çay) – gori (Qucarat ştatının Panchmahal dairəsində yaşayan racput tayfası);
22. Quriya (Gürcüstanın doqquz diyarından biri) – Guriya (Hindistanın Racastan ştatının Pali, Churu, Nagaur və Alwar dairələrində beş kənd) – Guriya (Chhattisgarh ştatının Bastar dairəsində kənd);
23. Qurjaani (Gürcüstanda şəhər) – Nangla Gurjan (Hindistanın Haryana ştatının Faridabad dairəsində kənd);
24. Oni (Gürcüstanda şəhər) – Oni (Hindistanın Maharaştra ştatının Ratnagiri dairəsində kənd) – Oni (Uttarakhand ştatının Garhwal dairəsində kənd);
25. Martvili (Gürcüstanda şəhər) – Martuli (Hindistanın Odişa ştatının Rayagada dairəsində kənd);
26. Poti (Gürcüstanda şəhər) – Poti (Hindistanın Racastan ştatının Churu dairəsində kənd) – Poti (Maharaştra ştatının Wardha, Washim dairələrində iki kənd) – Poti Kathaliya (Jharkhand ştatının Purbi Singhbhum dairəsində kənd) – Umar Poti (Chhattisgarh ştatının Raipur dairəsində kənd);
27. Raça (Gürcüstanda tarixi ərazi) – Racha Konda, Raça (Hindistanın Andhra-Pradeş ştatının Prakasam dairəsində kənd) – Racha Ralem, Raça (Andhra-Pradeş ştatının Chittoor dairəsində kənd);
28. Salka (Gürcüstanda şəhər) – Salka (Hindistanın Chhattisgarh ştatının Bilaspur, Raigarh, Surguja, Surajpur və Koriya dairələrində beş kənd) – Salka (Qərbi Benqal ştatının Puruliya dairəsində kənd);
29. Senaki (Gürcüstanda şəhər) – Sinagi Naga (Hindistanın Maharaştra ştatının Hingoli dairəsində kənd) – Snaka (Himachal-Pradeş ştatının Kangra dairəsində kənd);
30. Telavi (Gürcüstanda şəhər) – Telavi (Hindistanın Qucarat ştatının Ahmedabad dairəsində kənd);
31. Terjola (Gürcüstanda şəhər) – Tarjola (Hindistanın Jharkhand ştatının Pakur dairəsində kənd);
32. Tsageri (Gürcüstanda şəhər) – Sakeri (Uttarakhand ştatının Bilaspur dairəsində kənd) – Sakeri (Maharaştra ştatının Pune dairəsində kənd) – Sakeri (Odişa ştatının Nayagarh dairəsində kənd) – Chakeri (Madhya-Pradeş ştatının Damoh, Sagar və Barwani dairələrində üç kənd);
33. Tsnori (Gürcüstanda şəhər) – Chinori (Hindistanın Chhattisgarh ştatının Kanker dairəsində kənd) – Sinor (Qucarat ştatının Vadodara dairəsində kənd) – Sinor (Madhya-Pradeş ştatının Bhind dairəsində kənd);
34. Vale (Gürcüstanda şəhər) – Vale (Hindistanın Uttar-Pradeş ştatının Mainpuri dairəsində kənd) – Kotha Phule Singh Wale (Pəncab ştatının Bathinda dairəsində kənd);
35. Vani (Gürcüstanda şəhər) – Vani (Hindistanın Tamil-Nadu ştatının Sivaganga dairəsində kənd) – Vani (Maharaştra ştatının Yavatmal və Dhule dairələrində iki kənd) – Talegaon Vani, Kasbe Vani, Shirwade Vani (Maharaştra ştatının Nashik dairəsində üç kənd) – Vani (Qucarat ştatının Ahmedabad dairəsində kənd).
Araz ŞƏHRİLİ
Araşdırmaçı-jurnalist