Küçəyə atılan professorun kirayə pulunu Heydər Əliyev Fondu ödəyəcək

Xankəndi şəhərinə DYP rəisi təyin edildi

Azərbaycan 4 kəndlə bərabər bu su anbarını da nəzarətə götürəcək

"Sədərək Yusif"lə sahibkar arasında 300 min manatlıq qalmaqal davam edir

"Çünki Rusiya, Türkiyə və İranı üz-üzə gətirəcək meydança indi məhz Azərbaycandır!" - Şərh

Xocalı soyqırımından 32 il ötür

Müharibədən sonra 13 kütləvi məzarlıq aşkar edilib

Sığortaçılar Assosiasiyası qazinin ipoteka borcunu silmir - ŞİKAYƏT

“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına YÜKSƏLDİ

Bu gün İrəvanda Paşinyan əleyhinə mitinq keçiriləcək

Məhv edilən 4 erməni hərbçini DSX-nin snayperləri vurubmuş

Paşinyan sərhədlərin bərpası üçün 2 yol təklif etdi

Prezidentin andiçmə mərasimindən VİDEO

Dünən məhv edilən erməni hərbçilər bu hərəkatın üzvləri imiş

Mövqelərimiz atəşə tutuldu

Növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə başa çatdı

Növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə başa çatdı

Azərbaycanın bütün ərazisində növbədənkənar prezident seçkilərində səsvermə saat 19:00-da başa çatıb.

Xeberlent.az xəbər verir ki, səsvermə 125 seçki dairəsi üzrə 6537 seçki məntəqəsində keçirilib. Bu məntəqələrdən 6319-u daimi, 218-i isə Azərbaycanın xarici ölkələrdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərində, hərbi hissələrdə, islah-əmək və sanator-müalicə müəssisələrində, Xəzər dənizində və dünya sularında Azərbaycanın Bayrağı altında üzən gəmilərdə yaradılmış məntəqələrdir.

Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin saat 17:00-a olan məlumatına görə, səsvermədə 4 milyon 590 min 75 seçici iştirak edib. Bu, prezident seçkilərində qeydə alınmış seçicilərin 70.85 faizini təşkil edir. Seçici fəallığına dair ilkin yekun məlumat bir qədər sonra açıqlanacaq.

Səsvermənin gedişi 1000 seçki məntəqəsində quraşdırılmış veb-kameralar vasitəsilə MSK-nın rəsmi internet səhifəsində canlı yayımlanıb.

Seçki prosesini 72 beynəlxalq təşkilatı və 89 ölkəni təmsil edən 790 beynəlxalq müşahidəçi izləyib. Seçkiləri 109 beynəlxalq media qurumunun 216 təmsilçisi işıqlandırır.

Xatırladaq ki, prezident postu uğrunda 7 namizəd mübarizə aparır.