Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Paşinyanın Aparatı Azərbaycana veriləcək əraziləri xəritədə göstərdi

Qazaxın 4 kəndi bu tarixə qədər Azərbaycana geri qaytarılacaq

Rusiya sülhməramlıları Qarabağı belə tərk edir - VİDEO

Küçəyə atılan professorun kirayə pulunu Heydər Əliyev Fondu ödəyəcək

Xankəndi şəhərinə DYP rəisi təyin edildi

Azərbaycan 4 kəndlə bərabər bu su anbarını da nəzarətə götürəcək

"Sədərək Yusif"lə sahibkar arasında 300 min manatlıq qalmaqal davam edir

"Çünki Rusiya, Türkiyə və İranı üz-üzə gətirəcək meydança indi məhz Azərbaycandır!" - Şərh

Xocalı soyqırımından 32 il ötür

Müharibədən sonra 13 kütləvi məzarlıq aşkar edilib

Sığortaçılar Assosiasiyası qazinin ipoteka borcunu silmir - ŞİKAYƏT

“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına YÜKSƏLDİ

Bu gün İrəvanda Paşinyan əleyhinə mitinq keçiriləcək

Məhv edilən 4 erməni hərbçini DSX-nin snayperləri vurubmuş

Azərbaycanlı dənizçi necə öldürülüb? - Təfərrüat

Azərbaycanlı dənizçi necə öldürülüb? - Təfərrüat

Yanvarın 22-də Qvineya körfəzində Türkiyəyə aid konteyner gəmisinə dəniz quldurlarının hücumunun təfərrüatı məlum olub.

Hücumdan sağ xilas olan baş mühəndis Süha Tatlıgül həmin anlar baş verənləri danışıb. Bildirib ki, dəniz quldurlarının gəmiyə hücumu zamanı heyət üzvləri kapitanın otağına girərək qapıları bağlayıblar. Lakin quldurlar saatlarla davam edən çalışmadan sonra qapıları aça bilib.

Xatırladaq ki, Liberiya bayrağı altında üzən “Mozart” adlı gəmiyə hücum edən dəniz quldurları Azərbaycan vətəndaşı olan heyət üzvü, ikinci mühəndis Fərman İsmayılovu qətlə yetiriblər. 15 heyət üzvünü isə girov götürüblər və gəmidən uzaqlaşıblar. Xilas olan gəmi kapitanı və 2 heyət üzvü gəmini Qabon limanına istiqamətləndirib.

Süha Tatlıgül deyir ki, quldurların gəmiyə hücumu səhər saat 6 radələrində başladı. “Kapitan otağına girib qapıları içəridən bağladıq. 6-7 saat qapıları qırmağa çalışdılar. Saat 13.30 radələrində “laqunda” ilə kəsib içəri keçdilər. Mən qapının açıldığını görəndə lyuku açıb aşağı tullandım, qaranlıq yerdə gizləndim. İçəri girən kimi atəş açdılar. Azərbaycan türkü olan ikinci mühəndisimiz öldü. 14.30 radələrində sakitlik yarandı. Heyət üzvlərindən biri quldurların getdiyini xəbər verdi, çölə çıxdım. Dərhal mühərrikləri işə salıb yola çıxdıq”, - türkiyəli dənizçi bildirir.

Gəmi dünən axşam saatlarında Qabonun Port-Gentil limanı sahillərinə yan alıb. Türkiyənin Librevildəki səfiri Nilufer Ərdem Qayğısız “Anadolu” agentliyinə bildirib ki, qayıqlarla gəmiyə yan alacaqlar və azərbaycanlı dənizçinin cənazəsini götürəcəklər. Cənazə əvvəlcə morqa aparılacaq, daha sonra Azərbaycana yola salınması üçün zəruri tədbirlər görüləcək.

Quldurların qaçırdığı 15 heyət üzvünün hamısı Türkiyə vətəndaşıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dənizçilərin xilas edilməsi üçün bütün zəruri tədbirlərin görülməsi üçün tapşırıq verib, Türkiyənin Nigeriya və qonşu ölkələrdəki səfirlikləri hərəkətə keçib. Quldurların dənizçiləri hansı istiqamətə apardığı hələ məlum deyil. Bir qayda olaraq afrikalı dəniz quldurları qaçırdıqları dənizçilərə görə iri məbləğlərdə pul tələb edirlər./axar/