Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Paşinyanın Aparatı Azərbaycana veriləcək əraziləri xəritədə göstərdi

Qazaxın 4 kəndi bu tarixə qədər Azərbaycana geri qaytarılacaq

Rusiya sülhməramlıları Qarabağı belə tərk edir - VİDEO

Küçəyə atılan professorun kirayə pulunu Heydər Əliyev Fondu ödəyəcək

Xankəndi şəhərinə DYP rəisi təyin edildi

Azərbaycan 4 kəndlə bərabər bu su anbarını da nəzarətə götürəcək

"Sədərək Yusif"lə sahibkar arasında 300 min manatlıq qalmaqal davam edir

"Çünki Rusiya, Türkiyə və İranı üz-üzə gətirəcək meydança indi məhz Azərbaycandır!" - Şərh

Xocalı soyqırımından 32 il ötür

Müharibədən sonra 13 kütləvi məzarlıq aşkar edilib

Sığortaçılar Assosiasiyası qazinin ipoteka borcunu silmir - ŞİKAYƏT

“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına YÜKSƏLDİ

Bu gün İrəvanda Paşinyan əleyhinə mitinq keçiriləcək

Məhv edilən 4 erməni hərbçini DSX-nin snayperləri vurubmuş

ETSN Sarayda aşkarlanan ayı ilə bağlı məlumat yaydı - YENİLƏNİB (VİDEO)

ETSN Sarayda aşkarlanan ayı ilə bağlı məlumat yaydı - YENİLƏNİB (VİDEO)

Sumqayıt şəhərinin Saray bağları ərazisində sakinlərin həyətinə daxil olan ayı balası  Abşeron Rayon Polis İdarəsinin, Saray Polis bölməsinin əməkdaşları tərəfindən götürülərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına təhvil verilib.

Bunu Xeberent.az-a Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib. 

O qeyd edib ki, hazırda ayı balasının Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına göndərilməsi üçün tədbirlər görülür. 

"Ayı balası klinikada bir müddət reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq".

***

12:26

Bəstəkar-müğənni Murad Arifin bağ evindəki həyətinə ayı balası girib.

Xeberlent.az xəbər verir ki, bu barədə ifaçı “Facebook” hesabında paylaşım edib.

“Mənim həyatımda bir tək ayı çatışmırdı. Səhər saat beşin yarısı həyətimizə ayı balası qonaq gəlmişdi. Bala olmasına baxma, Marsın (itini nəzərdə tutur - red.) hasarına cumur, yaxınlaşanlara hücum edirdi. Bağımızda yaşayan ailə gecə ilə video çəkib göndərib. Yatmışdım, indi xəbər tuturam. Ayı da hasardan qaçıb gedib. Xatırladıram ki, Novxanı-Qurd dərəsi zonasında ayılar olmur. Bu, kiminsə kəsib-yemək üçün saxladığı heyvan imiş, qurtulub”, - deyə o bildirib.