Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Paşinyanın Aparatı Azərbaycana veriləcək əraziləri xəritədə göstərdi

Qazaxın 4 kəndi bu tarixə qədər Azərbaycana geri qaytarılacaq

Rusiya sülhməramlıları Qarabağı belə tərk edir - VİDEO

Küçəyə atılan professorun kirayə pulunu Heydər Əliyev Fondu ödəyəcək

Xankəndi şəhərinə DYP rəisi təyin edildi

Azərbaycan 4 kəndlə bərabər bu su anbarını da nəzarətə götürəcək

"Sədərək Yusif"lə sahibkar arasında 300 min manatlıq qalmaqal davam edir

"Çünki Rusiya, Türkiyə və İranı üz-üzə gətirəcək meydança indi məhz Azərbaycandır!" - Şərh

Xocalı soyqırımından 32 il ötür

Müharibədən sonra 13 kütləvi məzarlıq aşkar edilib

Sığortaçılar Assosiasiyası qazinin ipoteka borcunu silmir - ŞİKAYƏT

“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına YÜKSƏLDİ

Bu gün İrəvanda Paşinyan əleyhinə mitinq keçiriləcək

Məhv edilən 4 erməni hərbçini DSX-nin snayperləri vurubmuş

Yadplanetlilərin iki dəfə qaçırdığı azərbaycanlı - VİDEO

Yadplanetlilərin iki dəfə qaçırdığı azərbaycanlı - VİDEO

Təsəvvür edin ki, durduğunuz yerdə sizi oğurlayırlar. Özü də ki, yadplanetlilər. Yəqin ki, sizə qəribə, hətta qeyri-mümkün bir hal kimi görünəcək. Deyəcəksiniz ki, yadplanetli kim, mən kim?

Amma yadplanetlilər tərəfindən oğurlandığını iddia edənlər belə fikirləşmir. Elə iki dəfə yadplanetlilər tərəfindən qaçırılan həmyerlimiz, 71 yaşlı memar Salman Cavadovun hekayəsi də buna bir sübutdur. Həmyerlimiz demişkən, hekayəyə keçməmiş onu da qeyd edək ki, yadplanetlilər tərəfindən qaçırıldığını bildirən ilk şəxs braziliyalı Antonio Villaş-Boaş idi. Hadisə 60-cı illərdə baş vermişdi. Təxminən eyni dövrdə Hill ailəsinin oğurlanması xəbəri də bütün ABŞ-ı həyəcanlandırmışdı.

Bizim Salman dayı isə onların “dilini” öyrənsə də və onun yadplanetli sivilizasiya ilə təması Yer kürəsini böyük fəlakətdən qurtarsa da, təəssüf ki, hələ də bu təmasların birbaşa sübutu yoxdur. Bunun bir neçə səbəbi var- “oğurlananların” hekayələrinə az adam inanırdı, müxtəlif fotoşəkillər və video kadrlar isə inam yaratmaq üçün kifayət qədər keyfiyyətli deyildi.

Bundan əlavə, bəzi "saxta" hekayələr "abduksiya" adlanan bu fenomenə inamı heçə endirdi.

Amma bu il avqustun 1-də hər şey dəyişə bilər...