Məhv edilən 4 erməni hərbçini DSX-nin snayperləri vurubmuş
"Döyüş meydanında baş verənlərlə bağlı araşdırma gedir".
Xeberlent.az xəbər verir ki, bunu "Yer Mühafizəsi" hərəkatının prezidenti Sasun Mikayelyan deyib.
Onun sözlərinə görə, təxribatın nəticəsi sonra bəlli olacaq: "Məlumat veriləcək, ancaq onu deyə bilərəm ki, hərbçilərin hamısı snayper tüfəngi ilə vurulub".
Xatırladaq ki, DSX-nin erməni təxribatına cavab olaraq fevralın 13-də həyata keçirdiyi "qisas əməliyyatı" nəticəsində 4 erməni hərbçi məhv edilib, bir nəfər yaralanıb.
Onu da deyək ki, Qafan rayonu istiqamətindəki şərti sərhəddə baş verən təxribat nəticəsində əsgər Xəlilzadə Pərviz düşmən snayperinə tuş gələrək yaralanmışdı.