Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Paşinyanın Aparatı Azərbaycana veriləcək əraziləri xəritədə göstərdi

Qazaxın 4 kəndi bu tarixə qədər Azərbaycana geri qaytarılacaq

Rusiya sülhməramlıları Qarabağı belə tərk edir - VİDEO

Küçəyə atılan professorun kirayə pulunu Heydər Əliyev Fondu ödəyəcək

Xankəndi şəhərinə DYP rəisi təyin edildi

Azərbaycan 4 kəndlə bərabər bu su anbarını da nəzarətə götürəcək

"Sədərək Yusif"lə sahibkar arasında 300 min manatlıq qalmaqal davam edir

"Çünki Rusiya, Türkiyə və İranı üz-üzə gətirəcək meydança indi məhz Azərbaycandır!" - Şərh

Xocalı soyqırımından 32 il ötür

Müharibədən sonra 13 kütləvi məzarlıq aşkar edilib

Sığortaçılar Assosiasiyası qazinin ipoteka borcunu silmir - ŞİKAYƏT

“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına YÜKSƏLDİ

Bu gün İrəvanda Paşinyan əleyhinə mitinq keçiriləcək

Məhv edilən 4 erməni hərbçini DSX-nin snayperləri vurubmuş

Bakıda 33 yaşlı kişi küçədə öldürüldü

Bakıda 33 yaşlı kişi küçədə öldürüldü

Dekabrın 27-də saat 03 radələrində paytaxtın Nərimanov rayonu ərazisində 1990-cı il təvəllüdlü Əliyev Etibar Yusif oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Xeberlent.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1975-ci il təvəllüdlü Nəbiyev Elşən Firudun oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.


İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş ver verib.

Araşdırma aparılır.

***

05.23

Bakının Nərimanov rayonunda qətl hadisəsi baş verib.

Xeberlent.az xəbər verir ki, hadisə Mirzə Uluqbəy küçəsində baş verib.

1990-ci il təvəllüdlü Əliyev Etibar Yusif Çermet qəsəbəsi kimi ərazidə tanışı ilə mübahisə edib. Mübahisə zamanı o, bıçaqlanıb. Yaralı çoxlu qanitirmədən dünyasını dəyişib.

Ölən şəxsin yaxını Baloğlan Vəzirov APA-ya bildirib ki, E.Əliyev sərxoş vəziyyətdə olub. “Əmi” ləqəbi ilə tanınan şəxsin ünvanına qeyri-etik söz işlədib. Həmin şəxs məhz buna görə onu bıçaqlayıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə cəlb edilib.

Meyit müayinə edilməsi üçün morqa təhvil verilib. Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.